BAŞA DÖN

ANA SƏHİFƏ >Yazarlar

12-05-2017, 13:06

İlhamin sirli yolu

İlhamin sirli yolu

Oxunub:8645

İlham Əliyevin son çıxışında (05.05.2017 tarixli) bir fikir diqqetimi çekdi. Deyir: “bizim teşebbuskarı olduğumuz layiheler bu gun Asiyanı Avropa ile demir yolu vasitesile birleşdirir ve artıq menfeet getirir, eyni zamanda, ölkeler arasında çox vacib elaqe yaradır”.

Bizden her hansı demir yolu layihesi sirr saxlanılmayıbsa İlham muellim “Bakı- Tiflis-Qars” xettini nezerde tutur. Qeribe burasıdır ki, bu xett 7 ildir istifadeye verilmeli olduğu halda bexti qara gelib, heç cur işe duşmur ki, duşmur. Bu il yene söz verdiler ki ilin axırında o xetle qatarlar şerqden qerbe, qerbden şerqe şutuyecek. Hele ki şutumur. Bu ise o demekdir ki, hele zehmetkeşler rels çekir, şpal döşeyir, yolları alaq otlarından temizleyirler. Yaxşı beledirse ve tekrar edirem, geniş ictimaiyyetden başqa her hansı demir yolu layihesi gizlin saxlanılmayıbsa, o zaman “qibleyi alemin” açıqlamasın nece başa duşek?

İstifadete verilmeyen demir yolu nece menfeet getirir? Belke, demir yolunun kağız uzerinde açılışı olub ve Cavid Qurbanov her gun orda eşşekarabalarla Çinden Macarıstana ipek daşıdır?! Niye de yox, axı bir bu cure tragikomediyaya bir qeder evvel rast gelmişdik.Hansına?

Bir qeder geriye boylanaq.

06 dekabr 2016 tarixinde saytlarda bele bir xeber oxudum: “ Bu gunlerde Litvada Prezidenti yanında Strateji Araşdırmalar Merkezinin (SAM) xarici auditoriya uçun hazırladığı növbeti neşr – «Bakı-Tbilisi-Qars demiryolu xetti: Gözlentiler ve imkanlar» (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara teqdim olunmuşdur”.

Men ilk defe idi ki, SAM-da neheng strateqlerin oturduğuna şubhe elemedim. Bahar gelmeden gul kimi açmaq bu idi. Demir yolunun çekilişi bitmeyib, ne zaman biteceyi dumanlıdır, amma bizin strateqler ondan kitab yazıb, geniş tirajla xaricilere de yaya bilirler. Hemin kitabı oxumaq bize muyesser olsa, kim bilir belke İlham Əliyevin artıq demir yolunun qırmızı xettini kesen yerde fotoların da göre bilerik.

BTQ-nin muqeddaratı nece olacaq, kimse bilmir. Bu yönde resmi açıqlamaları bir kenara buraxın. 7 ilde bu mövzuda bir-bir tekzib olunan 17 min söz deyibler. Odur ki, men inden sonra dövlet resmilerinin yox, hansısa munnecimin BTQ-la bağlı proqnozuna daha çox guvenmeye terefdaram. Başı qezetlerde ulduz falı yazmağa qarışan muneccimlerimiz gerek vetendaşlıq numunesi gösterib, bu tale yuklu meseleye diqqet ayırsınlar. Ulduzlara baxıb, bize umidverici bir söz desinler, ya da bildirsinler ki, gözunuzu o xetten çekin, alınmadı. Heqiqet acı da olsa, biz dözerik!

2007-ci ilden Bakı-Tbilisi-Qars (BTQ) marşurutu uzre demiryolu xetti çekilir. Bu xettin 76 kmi Turkiye, 259 kmi Gurcustan, 503 kmi ise Azerbaycan erazisine duşur.

Diqqet edin: Bakı-Tiflis demir yolunun Çar Rusiyası SIFIRdan başlayıb 4 ile çekib bitirib (1879-1883). Analoqsuz Azerbaycan, modern Turkiye ve Avropasayaq Gurcustan ise 7 ildir Bakı-Tiflis- Qars demiryolun tikib istifadeye vere bilmir ki, bilmir. Dövlet başçısı, onun nazirleri, qelemdaşıyanları çıxışlarında, kitablarında, qezetlerinde bu xetti istifadeye verseler de, o yolla şerqden=qerbe ve tersine yuk daşıyıb menfeet de göturseler de, reallıq beledir ki yol hele işe duşmeyib!

 Kulli miqdarda pul xerclenmesine baxmayaraq. Sebeb? Bir sebeb bu ola biler ki, pulu işe xerclemeyibler.

"Aktual Xəbər" Anar Sultanov