BAŞA DÖN

ANA SƏHİFƏ >Siyasət

26-08-2019, 14:38

XİN: Abxaziyada keçirilən qondarma seçkiləri tanımırıq

XİN: Abxaziyada keçirilən qondarma seçkiləri tanımırıq

Oxunub:2782

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən qondarma “prezident seçkiləri”nə münasibət bildiirb. 

 

XİN məsələ ilə bğlı bəyanat yayıb. 

 

Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

 

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".