BAŞA DÖN

ANA SƏHİFƏ >Sağlamlıq

9-09-2019, 13:24

Xərçəngə qarşı müqavimət yaradan bitki - ZƏNCƏFİL

Xərçəngə qarşı müqavimət yaradan bitki - ZƏNCƏFİL

Oxunub:2379

Alimlər müalicəvi və iltihab əleyhinə xüsusiyyətlərinə görə zəncəfilin xərçənglə mübarizədə faydalı ola biləcəyini müəyyənləşdiriblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Dni.ru- xəbər verib.

 

Bildirilir ki, antioksidan bitki kimi zəncəfil bədəndəki zərərli sərbəst radikalları neytrallaşdırır, bu da xərçəng ehtimalını azaldır. Qeyd olunur ki, zəncəfil yumurtalıq xərçəng hüceyrələrini hər hansı bir dərmana nisbətən daha sürətli və təhlükəsiz şəkildə öldürür. Bağırsaq iltihabının qarşısını da alır.

 

Zəncəfilin müalicəvi xüsusiyyətlərinin sirri onun tərkib hissəsi olan Ginterol maddəsindədir. Məhz bu sayədə bitki yaralanmalarda və iltihabi xəstəliklərində ağrıları aradan qaldırmağa kömək edir.