BAŞA DÖN

ANA SƏHİFƏ >Sağlamlıq

10-09-2019, 14:23

Yuyulan və əksinə yuyulması qadağan olan ərzaqlar

Yuyulan və əksinə yuyulması qadağan olan ərzaqlar

Oxunub:3562

Mütəxəssislər yuyulması tövsiyə olunmayan və əksinə - yeməzdən əvvəl su ilə təmizlənməli olan ərzaqların siyahısını dərc edib. FaktXeber.com-un verdiyi məlumata görə, məlumatı Rusiyanın  “Roskachestvo” qurumu yayıb.

 

Mütəxəssislər toyuq ətini yumamağı tövsiyə edir, çünki bu zaman bakteriyalar nəinki ölmür, əksinə mətbəx və qablar vasitəsilə yayılır. Onların fikrincə, quş ətinin tərkibindəki zərərli bakteriyalar yalnız uzunmüddətli termik proseslə məhv edilə bilər, bu zaman məhsulun daxili temperaturu ən az 74 dərəcə Selsi olmalıdır.

 

 

Su ilə təmizlənməməli olan məhsullar siyahısında yumurta və göbələk də var.

 

Yumurta qabığı gözənəkli bir quruluşa malikdir, həm də onların üzərində mikrobun qarşısını kəsən nazik pərdə var. Yumurtaları yuyanda o, çıxa bilər və bu halda bakteriya qabığa nüfuz edəcək.

 

 

Mağazalarda satılan göbələkləri ləzzətini və ətirini korlamamaq üçün nəm material ilə silmək yaxşıdır. Çox çirkli yerləri isə səliqə ilə kəsmək lazımdır.

 

 

Mütəxəssislər qeyd edirlər ki, balıq, tərəvəz, meyvə, düyü və paxlalılar, əksinə, bişməzdən əvvəl yaxşı yuyulmalıdır.

 

Şəkərin miqdarını və güclü bir kanserogen olan akrilamid riskini azaltmaq üçün isə kartofuislatmaq tövsiyə olunur.

 

 

Quru meyvələr və tumlardan istifadə edərkən isə qablaşdırmanı diqqətlə oxumaq və üzərindəki təlimatlara diqqət etmək məsləhət görülür.