BAŞA DÖN

ANA SƏHİFƏ >Kriminal

30-03-2017, 15:47

Şəmkirdə silahlı insident olub, iki nəfər güllələnib

Şəmkirdə silahlı insident olub, iki nəfər güllələnib

Oxunub:55484

Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.n Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələ ki, məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.
Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdirilib.

Şəmkir Rayon Polisi Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.