BAŞA DÖN

ANA SƏHİFƏ >Kriminal

2-03-2017, 12:49

Şəmkirdə polis bıçaqlanıb

Şəmkirdə polis bıçaqlanıb

Oxunub:58227

Şəmkir rayonunda soyğunçuluq etdiyi üçün saxlanılan şəxs polisi bıçaqlayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.
 
Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.
 
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.