BAŞA DÖN

ANA SƏHİFƏ >Kriminal

24-01-2017, 15:44

Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyf oğurlanıb

Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyf oğurlanıb

Oxunub:55640

Lənkəran şəhərində kredit təşkilatının ofisindən seyf oğurlanıb. 
 
Ötən  gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyfi naməlum şəraitdə oğurlanıb.
 
Hadisə barədə Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.
 
Seyfin içindəki vəsait barədə açıqlanma verilmir. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.