BAŞA DÖN

ANA SƏHİFƏ >İqtisadiyyat

9-09-2019, 13:09

`10-12 gündən sonra pambıq yığımına başlanılacaq`

`10-12 gündən sonra pambıq yığımına başlanılacaq`

Oxunub:2171

“Azərbaycanda pambıq yığımına hazırlıqla bağlı son işlər gedir”

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC- nin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, yığımdan əvvəl məhsulun toolanacağı sahələrdə defolyasiya işləri aparılır: “Pambıq kollarındakı yarpaqların tökülməsi üçün defolyant vurulur, 10-12 gündən sonra isə pambıqyığan kombaynlar işə başlayacaq”.

 

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur.

 

Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur.