BAŞA DÖN

ANA SƏHİFƏ >İqtisadiyyat

10-09-2019, 14:05

Azərbaycanda ödəniş kartlarının sayı 32% artıb

Azərbaycanda ödəniş kartlarının sayı 32% artıb

Oxunub:2288

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda real vaxt rejimində banklararası hesablaşmalar və yaxud klirinq sistemi üzərindən ümumilikdə 152 mlrd. manat həcmində ödəniş əməliyyatı emal olunub.

 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Visa Token” xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 46% artıb.

 

"Ödəniş kartları bazarına nəzər yetirsək, cari ilin 1 avqust tarixinə 7,380 mln. ədəd ödəniş kartı emissiya olunduğunu görərik. Ümumilikdə, ödəniş kartlarının sayında artım 31,7% təşkil edib", - deyə T. Rüstəmov qeyd edib.

 

O həmçinin əlavə edib ki, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi, cari ilin ilk 7 ayında 11,9 mlrd. manat təşkil edib. Bu əməliyyatların 21%-i nağdsız ödənişlərin payına düşür. Nağdsız ödənişlərin ümumi payı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

 

"Ümumilikdə, elektron ticarət dövriyyəsi analoji dövrlə müqayisədə 5,9 dəfə artaraq 1,7 mlrd. manata çatıb", - deyə T. Rüstəmov qeyd edib.