BAŞA DÖN

ANA SƏHİFƏ >İqtisadiyyat

15-08-2019, 18:41

Bu il Azərbaycan ət idxalını 12%-dən çox artırıb

Bu il Azərbaycan ət idxalını 12%-dən çox artırıb

Oxunub:2639

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 43 329,94 min ABŞ dolları dəyərində 28 804,45 ton ət idxal edib.

 

Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5 502,55 min dollar (14,55%) və 3 117,42 ton (12,14%) çoxdur.

 

2019-cu ilin yanvar-iyul ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,51%-ni təşkil edib.