BAŞA DÖN

ANA SƏHİFƏ >İqtisadiyyat

16-08-2019, 19:39

Turistlərə Xınalıqla bağlı xoş xəbər

Turistlərə Xınalıqla bağlı xoş xəbər

Oxunub:2769

Xınalıq Mədəniyyət Evinin yerində xüsusi Yaradıcı Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.

 

Bununla bağlı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda etdiyi qərara əsasən həyata keçiriləcək.

 

K.Qasımov deyib ki, bu mərkəzdə turistlərə yerli yaradıcılıq nümunələri, xalçalıq, daş üzərində oyma, toxuculuq nümayiş etdiriləcək:

 

"Onlar yerli sənətkarlarla birgə bütün yaradıcı prosesdə iştirak edə biləcəklər. Nəticədə, yerli əhali həm turizm zəncirinə qoşularaq gəlir əldə edəcək, həm də mədəni irsimiz təbliğ olunacaq".

 

Agentlik rəsmisi əlavə edib ki, yaxın günlərdə müvafiq işlərə başlanacaq:

 

"Çünki mərkəzin lahiyələndirilməsi işləri görülməlidir. Ondan sonra digər işlər həyata keçiriləcək".