BAŞA DÖN

ANA SƏHİFƏ >İdman

10-09-2019, 14:19

Millimiz Xorvatiya yığması ilə heç-heçə edib və 3 oyunçusunu itirib - VİDEO

Millimiz Xorvatiya yığması ilə heç-heçə edib və 3 oyunçusunu itirib - VİDEO

Oxunub:2535

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Təmkin Xəlilzadə fərqlənib.

Yığmanın üç futbolçusu AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.

Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdir.

 

Onlar Xorvatiya ilə görüşdə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. “Üçlük” seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.

 

Bunadək A.Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, M.Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, D.Nazarov Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.

 

Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.