BAŞA DÖN

ANA SƏHİFƏ >Gündəm

6-04-2016, 12:23

"28 Mall" ticarət mərkəzinə bomba qoyulmasını deyən şəxs tutuldu

Oxunub:5850

“28 Mall” ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.