BAŞA DÖN

ANA SƏHİFƏ >Dünya

10-09-2019, 14:00

Hollandiyada silahlı hücum: 3 ölü, 1 yaralı

Hollandiyada silahlı hücum: 3 ölü, 1 yaralı

Oxunub:3094

Hollandiyanın Dordrext şəhərində silahlı hücum olub.

 

 Rotterdam polisindən verilən yazılı açıqlamada, Dordrextin Heimerstein küçəsində həyata keçirilən silahlı hücumda 3 nəfərin öldüyü, 1 nəfərin ağır yaralandığı bildirilir.

 

Açıqlamada hadisə ilə bağlı araşdırmanın davam etdirildiyi qeyd edilir.

 

İctimai yayım təşkilatı olan NOS isə hücumun ailə münaqişəsi olduğunu, evdə həyata keçirilən silahlı hücumda biri kişi, 2-si uşaq 3 nəfərin öldüyünü açıqlayıb. Ağır yaralı olan bir qadın isə xəstəxanaya çatdırılıb.

 

Hücumun həyata keçirildiyi evdə bir polisin yaşadığı bildirilir.