BAŞA DÖN

ANA SƏHİFƏ >Dünya

10-09-2019, 13:59

`Alibaba`nın rəhbəri istefa verib

`Alibaba`nın rəhbəri istefa verib

Oxunub:2392

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib. Onu şirkətin icraçı direktoru Daniel Çjanq əvəz edəcək.

 

Qeyd edək ki, Cek Ma vəzifəsini tərk etməklə  bağlı planlarını ötən ilin sentyabrında açıqlamışdı. Lakin öz açıqlamasında da o, boş dayanmağı sevmədiyini və öz işinə Alibaba Partnership konsultasiya şirkətində davam edəcəyini bildirmişdi. Bu şirkətdə 36 əsas menecer yer almaqdadır və bu qrup kompaniyanın idarə heyətinə namizədlərin seçimində vacib rol oynayır.

 

 

Cek Ma öz açıqlamasında öz işinə təhsil sferasında davam etdirəcəyini demişdi. Məlumat üçün bildirək ki, Cek Ma ixtisasca ingilis dili müəllimidir və 1999-cu ildə Alibaba şirkətini yaradıb. Forbes onun sərvətini 36.6 milyard dollar olaraq dəyərləndirir. Şirkətdə 66000 işçi çalışır.

 

Daniel Çjanq da öz növbəsində yetərincə uğurları olan şəxs hesab oluna bilər. Beləki, o, 2015-ci ildən Alibaba da çalışsa da daha əvvəllər Taobao şirkətində maliyyə direktoru və Tmall.com-da prezident vəzifələrini icra edib. Hətta Alibaba şirkətinə böyük uğur gətirən “subaylar günü” aksiyasını da şirkətə məhz Daniel təklif edib. Hər il 11 noyabrda trend halini alan alış-veriş çılğınlığı Alibaba şirkətinə yetərincə böyük gəlir gətirir.