BAŞA DÖN

Balıqlar Bürcü

Balıqlar Bürcü

Günlük proqnoz

Çox vacib qərarlar verirsiniz, daha sonra isə həmin qərarları pozursunuz. Bu addımla yaxın ətrafınızı təəccübləndirirsiniz. Uzun yolçuluq da istisna deyil.

Bürcünüz haqqında əlavə məlumat:

Həyatdakı gerçək gücümüz, doğru düşüncələrimizdən qaynaqlanmalıdır. 

BALIQLAR - Siz bu insanı birinci şəxs olaraq, bir masanın arxasında heç vaxt görə bilməzsiniz. Ancaq Balıqların içində sənət və mədəniyyət adamlarına çox rastlaya bilərsiniz. Onların iddiaları azdı, onlar idarə etməyə meylli adamlar deyillər, hətda zənginlik belə maraq dairələlərində deyil. Bəzilərinin həyatında pul mövcud ola bilir, zəngin biri ilə ailə həyatı qursalar vəya kimdənsə vərasət qalsa. Balıqlar üçün pul, çoxda önəmli deyil, çünki anlayırlar ki, zaman daha önəmlidir. Onlar millioner olmaq istəmirlər lakin, millioner kimi yaşamaq istəyirlər – həyat fəlsəfələri budur. Bu adamlar mübarizə insanı olmadıqlarından, axına qarşı olmaq onlarlıq deyil. "Palaza bürünüb elnən sürünmək” misalı onların həyat devizidir. Lakin, belə olduğu halda da həyatlarını bəzən qurban verməli olacaqlar. İstənilən məhdudiyyətlərə qarşı etinasızdılar, sadəcə axınla getmələrinə mane olan heç bir şey olmasın. Başqalarının fikirlərinə isə önəm vermirlər. Çox vacib olan məsələlərdə belə onlar etinasızdılar. Çox az şey onları hərəkət eləməyə təhrik edə bilər. Əgər onu özündən çıxarsanız o çox sarkastik ola bilir. Əqrəb və xərçənglər kimi balıqlarda içki içməyi sevirlər. Sanki içki içəndə sakitləşirlər, bundan dolayıda bir qədəh içkidə heç vaxt dayana bilmirlər. Ancaq bu o demək deyil ki, balıqlar alkoqolik olur.

Balıqlar hər şeyi doğulduqları andan etibarən yumşaq və xoş görürlər. Hamıdan yaxşı anlayırlar ki, insanlıq özünün yaratdığı təhlükələrin bəlasına düşüb, bunun üçündə hər şeydən kənar qalmağa çalışırlar. Onların hərdəmxəyal olmaları kənardan çox acınacaqlı görünür. Çünki, heçvaxt gerçək olmayacaq şeylərdi. Həyat onların qarşısına uğursuzluqlar çıxardıqda bunları həll etmək yerinə illüziyalar müşaiyyəti ilə xəyallara qapıldıqlarından sağlam qərarlar verə bilmirlər. Əgər onlar xəyallara qapılmaq yerinə sağlam qərarlar verə bilsəydilər, uğursuz həyat yerinə sağlam həyat sürərdilər. Balıqların həmişə iki seçimi var: ya axına qarşı gəlmək, yada axınla hərəkət eləmək. Lakin, gələcəyin nəbzini tuta bilmədiklərindən, sahib olduqları istedaddan gərəkən şəkildə istifadə edə bilmirlər. Geriyə çəkilmək, onlar üçün sanki bir adətdir.

Balıqlar tənqidi sevmirlər və götürmürlər. Çox yaxşı yaddaşa sahibdilər. Hər bir balıq üçün, həyat- böyük bir səhnədir, onların sırasında istedadlı adamlar çoxdur. Bu insanlar hadisə baş vermədən onu hiss edə bilirlər, onları dinləməyə çalışın. Balıqlar, Bürclər sırasında ölümü bildirirlər, çünki onlar sonuncu bürcü təmsil edirlər.

Tipik balıq özünün qayğısına qalmır. Öz enerjilərinin çoxunu qohumlarına, dostlarına sərf edirlər.

Balıqlar sakitləşdirici vasitələrdən uzaq durmalıdılar. Keyfiyyətsiz qida səbəbindən mədə və qaraciyərdən əziyyət çəkəcəklər irəlidə. Tez-tez, əlləri və ayaqlarının ağrısından, boğaz agrısından, soyuqdəymədən şikayətlənirlər. Lakin, onların daxilində xəstəliyə qarşı bir müqavimət var.

Yumor- onların danışıq üslubudur. Onlar göz yaşlarını gizləmək üçün gülürlər. Satiranın ustalarıdılar. Balıqların yumoru, incə və zərərsiz olduğu kimi bunun tərsidə olur bəzən. Onların birinci instikti yardım etməkdir. Xəstələrə və ehtiyac sahiblərinə yardım eləməyi sevirlər.

Konkret suallara veriləcək, "hə” və "yox” cavablarını sevmədiklərindən "ola bilər” cavabına üstünlük verirlər. Özlərindən bəzən asılı olmadan da yayındırıcı cavablar verə bilərlər. Onlar, formalaşmış xarakterə sahib deyillər. Kim onları sevmək istəyirsə gərək fantaziyaları çox geniş olsun ki, onları anlaya bilsin. Bu adamlar göründüyündəndə müdrik və güclüdülər. Ancaq Neptun bu sirri qoruyur, balıqların özü bu sirri açmaq istəməyənədək.