BAŞA DÖN

Dolça Bürcü

Dolça Bürcü

Günlük proqnoz

Çalışın pozitiv əhvalınızı itirməyəsiniz. Əhatənizdəkilər məsləhətləşmək üçün sizə müraciət edəcəklər. Planlaşdırılmamış görüşlər də ola bilər. Bu, vaxtınızı alacaq. Yüngül alış-veriş etmək olar.

Bürcünüz haqqında əlavə məlumat:

Hər kəs qəlbinin çarpdığı, xəyallarının və gücünün yetdiyi yerə qədər yüksəlməyə azaddır. 

DOLÇA - İnsanların böyük əksəriyyəti göy qurşağını sevir, lakin dolçalar onu hamıdan çox sevir. Elə bil, onlarda onlarda göy qurşağında yaşayırlar. Həmdə baxmayaraq ki, göy qurşağını hətda hissələrə bölərək tətqiq edibər, amma yenədə ona inanmağa davam edirlər. Olmayan bir şeyə inanmaq hər kəsin işi deyil. Onlar reallığa önəm vermirlər, baxmayaraq ki onların ünvanı sabahdı. Bu bürcə mənsub insandan həmişə gözlənilməz addımlar görəcəksiniz. Onlar əsasən xoşniyyətli və sakit insanlardılar, lakin mühafizəkar insanlara qarşı yenilikçi addım atmaqdan xüsusi zövq alırlar. Dolçalar tam mənada gözlənilməzliyin xəbərçisidir, onları ayaqqabısızda görə bilərsiniz, sizə gülmələrinədə şahid ola bilərsiniz qəflətən. Siz, onları borc sözündən tanıya bilərsiniz. Onlar sizə hətta şəxsi sevgi münasibətindən sonrada dostluq təklif edə bilərlər. Dolçalar nə sadəlövhdülər, nə çox müdrik, nə tam əmin və inanclıdılar, nədə biganədilər. Onlara hər şey maraqlıdır, hər şeyin sirrini bilmək istəyirlər. Növbəti sirr isə siz ola bilərsiniz. Lakin, yalnız siz deyil digər insanların həyatlarıda onların maraq dairəsində olacaq. Siyasət onları cəlb edir, idman həzm edir, uşaqlar maraq oyadır, hər şey onlar üçündür. Onunla söhtə zamanı öz şəxsi eqonuzu unudun, sizinlə ünsiyyət onun üçün həyatının tək marağı olmayacaq. Azadlıq sevər dolçalar, hər cürə olmağı bacarırlar, gülməli, orjinal, azad, müstəqil, diplomatik və nəvazişli. Ətraflarında hər zaman çox insan olur, ancaq elə zamanlar olur ki, onlar sadəcə yalnız qalmaq istəyirlər. Dolçalar bütün digər bürclərdən daha çox diqqətlidirlər, onlar hər şeyin mahiyyətini anlamağı bacarırlar. Uran, onları üsyankar edir, həyatda yenilikçi olurlar hər zaman. Dolçalar, situasiyanı, dostlarını hətda yaxından tanımadıqları adamları belə analiz edərlər. O, sizə sual verəndə özünüzü rahatsız hiss edə bilərsiniz, bir başa düşünülməmiş açıq suallarından. Ancaq onlar müəyyən edəndə ki, hər şeyi tez tapdılar məyus olurlar, hətda darıxmağada başlayırlar. Əgər siz dolçalar üçün maraqsız olmağa başlasınız, canınız yanacaq. Çünki onlar arxalarını çevirib gedəcəklər daha maraqlı birisinin yanına. Onların dostluqda stabil olmalarına baxmayaraq çox dostları olmur, dostluqda sadəcə keyfiyyətə önəm verirlər, çoxluğa yox. Hər şeyin sonrasını bilmək çox maraqlı olduğundan, onların sadəcə bir necə vaz keçə bilmədikləri şey ola bilər həyatlarında. Adətən digərləri tərəfindən qəbul edilməməkləri, onları həmişə təcrid atmosferində saxlayır. Bu isə onlara çatmağın imkansız olduğuna görədi. Astroloji proqnoz verir ki, dolçaların bugün düşündüklərini siz 50 il sonra anlayacaqsınız. Bu bürc dahilərin bürcüdü, çünki tanınmış alimlərin 70 faizi- dolçadı. Onların arasında psixoloji problemləri olanda çoxdu. Dolçalar istənilən psixoloji problemi olan birinə, təsəlli verib onların problemlərini həll etməyə köməklik edə bilərlər. Onların, dünya görüşü çox genişdir. İstənilən mühitdə dolçalar, özlərini azad hiss edirlər. Onlara elə gəlir ki, ətrafdakı insanlar onların dostları və qohumlarıdır. Yalnız olduqları zamanlar çox az olsada, müdaxilə etməyə çalışmayın yalnızlıqlarına. Belə zamanlarda, siz onu yalnız buraxsanız yaxşı olar, çünki bir qədər sonra o sizə dönəcək. 

Dolçalar məsuliyyət götürməyi sevmədiklərinə görə danışanda adətən ehtimallara üstünlük verirlər. Birisi ondan nəyisə soruşsa onlar "ola bilər”, cavab verməyi üstün tuturlar, lakin əgər o vaxtı zamanı təyin edibsə dəqiq olacaq. Dolça bürcü olan insanlar sizə diktə etməyəcəklər, bunun üçündə sizdə ona diktə etməyə çalışmayın. Hər kəsin öz həyatı var, hər kəs öz musiqisini rəqs etsin prinsipini paylaşır. İndividuallığa hörmət etmək lazımdır. O, öz qaydası ilə yaşayır və bunu özünə yetərli hesab edir. Qorxaq olmasada durub nəyinsə naminə savaşasıda deyil. Sizinlə tez razılaşaq ki, söhbət uzun çəkməsin, amma yenədə öz bildiyini edəcək. Ancaq onlar bir şey qərar verdiklərində heç bir təzyiq onları yolundan döndərə bilməz. Dolçalar sizə xəbər verməyəcəklər ki, nə edəcəklər sadəcə edəcəklər. Sizə tez inanmayacaqlar, öncə sizin ruhunuzu tam şəkildə incələyəcəklər. Onun diqqətli baxışları sizi rahatsız edəcək, o sizi diqqətlə və uzun müddət izləyəcək. Lakin bir şey yaxşıdı ki, əgər o sizi özünə dost hesab etsə dostluğunuza sədaqətini daima qoruyacaq.

Onların qan dövranı ilə bağlı sağlıq problemləri var. Qışda soyuqdan şikayət edirlər, yayda isə rütubətdən. Ayaq, boğaz ağrılarından əziyyət çəkə bilərlər. Onlara təmiz hava, yuxu və hərəkət gərəklidir. Düşüncələrin müşaiyyətində olan gərgin əsəb səbəbindən yuxusuz qalırlar.

Tipik dolça- əfsanəvi, çaşğın professor obrazını daşıyır. Ətraflarında baş verən hər şeyi radar kimi yayınmadan tuta bilirlər. Məsələ, kiminləsə danışdıqları zaman, yan otaqda baş verən hadisənidə izləyə bilərlər. Onlar, bəzən sadəcə hissləri ilə baş verənləri anlayıb analiz edə bilirlər. Sizi yaxşı hissləri ilə anlayıb, arzularınızı bilmək imkanına sahibdilər. Dolçaların yalandan acıqları gəlir. Onları idealist adlandırırlar, lakin əslində onlar daha məntiqli düşündükərinə görə, daha realistdilər. Sadəcə siz bunu anlamayacaqsınız, zamanı deyil. Arzular, onun üçün illuziyadır. Xəyallar qursalarda onlar fərqindədilər ki, bütün istəklər real deyil. Dolçaları saxlamağa çalışmaq imkansızdır, onlara qarışmamağa çalışın. Onun ruhunu uran idarə etdiyindən, onlar üçün sadəcə gələcək var. Dolça insanlığın, ümidlərinin və ideallarının təcəsümüdür.

Siz onun yalnız və tənha qəlbini bir saniyyə görə bilərsiniz əgər sizdə gələcəklə yaşaya bilsəniz, başqa cürə mümkün deyil.