BAŞA DÖN

Oğlaq Bürcü

Oğlaq Bürcü

Günlük proqnoz

Günün əsas hissəsini dostlarla keçirəcəksiniz. Onlardan bir çox maraqlı məlumat toplayacaqsınız. Bu informasiya yaxın zamanlarda işinizə yarayacaq. Lazımi anda ondan istifadə etsəniz, bir çox şansınızı qaçırmayacaqsınız.

Bürcünüz haqqında əlavə məlumat:

Cəsarət dağında qorxu rüzgarı əsməz.

OĞLAQ - Bu bürcü tanımaq mümkün olsada öncədən hazırlıq görmək daha məqsədə uyğundur. Onu kənardan izləməyə çalışın. Adama elə gəlir ki, bu insanları tanıyanda heç vaxt onları anlamaq mümkün olmayacaq. Lakin əgər siz ona diqqətə yanaşsanız, hər şey aydın olmağa başlayacaq. Oğlaqları öz iddialarını gerçəkləşdirə biləcək, hər yerdə tapa bilərsiniz. Onlar ictimai pillələrdə addım-addım qalxırlar. Həmişə daha irəliyə getmək, onlar üçün bir xüsusiyyətdir. Ola bilər ki, oğlaqlar xüsusi bir istedadlarına görə sizin diqqətinizi çəkməsinlər. Onları öncədən fərq etməməkdə mümkündür, hətda adama elə gəlir ki, uğur qazanmağa heç onların şansı belə yoxdu. Ancaq onlar sonucda yenədə qazanırlar. Onlarla mübarizə aparmaq praktiki olaraq mümkün deyil və boşunadır. Onlar uğuru, hörməti, əzmi sevirlər.

Oğlaqlar öz tənqidlərini düşünmədən, kəskin şəkildə deyə bilirlər.

Lakin özləri üçün gərəksiz düşmənlərdə yaratmazlar. Elə hallar olur ki, onlar sizinlə razılaşırlar, xoşunuza gələn təkliflərdə verirlər ama yenədə bu sizə elə gəlir desəm doğru olar. Başqalarına irəli çıxmağa imkan verirlər, ama əgər məqsədə çatmaq önəmlidirsə, onlar hamıdan birinci məqsədə nail olurlar. Çox ehtiyatlıdılar təhlükəli məsələlərdən yayınırlar. Təəcüblü deyilki, onlar çox az hallarda zərər görürlər. Onların gözləri həmişə zirvələrdədi, ayaqları isə real dünyada. Oğlaqlar, romantik olurlar. Lakin, onlar heç vaxt icazə verməzlər ki, hisslər gözlərini kor edə bilsin.

Əgər istəyirsinizsə onlar sizə hörmət etsinlər, qaydalara riayət edin.

Onlar məsələlərdən şou düzəltməzlər və ehtiraslarını üzə çıxarmırlar. Oğlaqların demək olar ki, hamısı öz əcdadlarını ideallaşıdırır, böyüklərinə hörmət və qayğı ilə yanaşırlar. Qocaldıqda cavan ikən yaşaya bilmədiklərini yaşamağa çalışırlar. Oğlaqlar, cəmiyyətdə söz sahibi olmayan insanlara aşiq ola bilməzlər. Nadir hallarda ailə həyatı qurarkən bunu dəfələrlə gözdən keçirməmiş olarlar. Qohumlarını çox sevirlər: qohumdan xeyir gözləmək, nəsə əldə etmək onların xüsusiyyətləridir. Siz bunu maddi maraq güdmək kimi yoza bilərsiniz, onlar üçün bu sadəcə məntiqli düşüncədir. Şans heç vaxt ikinci dəfə adamın qapısını döyməz düşüncəsindən, onlar birinci dəfə qapı döyülərkən bunu eşidirlər. Daha dəqiq desək, onlar qulaqlarını qapıya dayayıb şanslarını gözləyirlər.

Uşaq ikən oğlaqların sağlamlığı zəif olsada zamanla bu problem aradan qalxır. Ayıq və hesablı xarakterə sahib olmaları, onları inanılmayacaq qədər dözümlü etsədə, yenədə sağlamlıqlarından əziyyət çəkirlər. Oğlaqların dəriləri, zərif olur. Bunun üçündə onlar allergiya və dəri xəstəliklərindən bəzən əziyyət çəkirlər. Həmçinin mədə və sümük xəstəliklərindəndə əziyyət çəkə bilərlər. Onların pessimistliyinin nəticəsi olaraq, başları tez-tez ağrayar.

Oğlaqlar nəvazişli, inadkar, qoçaq insanlardılar. O, zərərsiz kimi görünsədə, hətda sizə elə gələ bilərki, o sizin tək güvənəcəyiniz adamdı. Kim deyə bilərki, bu insanın hansısa gizli maraqları və istəkləri ola bilər? Ancaq buna tam əmin ola bilərsiniz ki, onlar sizin sirlərinizə və nəyə qarşı zəif olduğunuzu bilib istifadə etməklə, özləri güclü olmaq istəyirlər. Sizə elə gəlir ki, siz onsuz bacarmazsınız, bunun üçündə bütün hər şeyinizi onunla bölüşə bilərsiniz. Bax o zaman, o öz hakimiyyətini qurmaq üçün hərəkətə keçir ki, həqiqi lider mövqeyini ələ ala bilsin. Onlar hər zaman öz odlarını qalamağa çalışacaqlar.