BAŞA DÖN

Tərəzi Bürcü

Tərəzi Bürcü

Günlük proqnoz

Xoş gündür. Həyat eşqi yüksəkdir. Özünüzü rahat hiss edəcək və yorulmayacaqsınız. Ətrafdakıları yaxşı anlayacaqsınız. Bu gün təməli qoyulan istənilən tanışlıq faydalı olacaq.

Bürcünüz haqqında əlavə məlumat:

Yükün dürüstlükdürsə, bəlkə gücdən düşə bilərsən, amma başın yerə əyilməz.

TƏRƏZİ  - bu adamlar xoşniyyətli və müsbət adamlardılar, ancaq onların üstündə kiminsə komandanlıq eləməsindən qətiyyən xoşları gəlmir. Onlar çox intellektualdılar eyni zamanda həmdə sadəlöv olmalarına baxmayaraq həmdə yaxşı dinləyicidilər. Aktiv insanlardılar lakin nəyisə tələsərək etməzlər. Yəqin sizi təəcübləndirdi. Bu bürcdə dəyişkən xüsusiyyətlər var. Hətda özləridə bundan heyrətlənirlər. Bu bürcün simvolu - qızıl tərəzidi ona görədə onların əsas məqsədi hər şeydə tarazlıq yaratmaqdı. Onların gündəlik əhvalı tez-tez dəyişir. Onlar Veneradan qalma gülümsəyişə sahibdilər, bununlada onlar sizi yoldan çıxara bilərlər bu insanların qarşısında dayanmaq çox çətindi. Onlar bir çox hallarda qərar verməkdə çətinlik çəkirlər. Tərəzilərin davranışlarıda çox fərqlidi, onlar çox danışar fəqət diqqətlə dinləyər, küsülülüləri barışdırar, müzakirə apararmaq mədəniyyətinə sahibdilər.

Bu bürc həmişə harmoniya tərəfdarıdı. Ancaq bəzi tərəzilər yeməkdən, alkoqollu içki və sevgidən gərəyindən çox yararlana bilərlər. Çox işləyərlər, ancaq bir fasilədə tamamilə təmbələşə bilərlər. Bu onların təbii vəziyyətidi və belə hallarda onları işləməyə dəvət eləmək tamamilə yararsızdır. Güclərini bərpa etdikdən sonra işlərinin başına qayıdırlar. Əkizlər kimi ikili xarakterə malik olmasalarda, tərəzilərdə sanki iki insan birinin icində imiş kimi gəlir adama hərdən. Kədərə və sevincə fəlsəfə ilə yanaşmaları, onların öz problemlərindən çıxış yolu tapmağına köməklik edir. Bu adamlar fiziki və əqli cəhətdən sağlam olurlar. Onların sağlığına ən böyük təhlükə hərşeydən gərəyindən çox istifadə etməsidir. Bədənin həssas bölgələri: Sinə və ayaqlar. Buda qeyd olunmalıdır ki, bu insanlar istirahət haqqında unutmamaıdırlar. Tərəzilər, yaxşı insanlardılar onların xarakterik xüsusiyyətləri: Diqqətlidirlər, ədalətlidirlər, arqumentləri güclüdü, təslim olmağı sevmirlər, fəlsəfi məntiqə sahibdilər ama çox vaxt qərarsızdılar. Həmişə həqiqət axtarışında olurlar, onlara dəqiq və konkret cavab lazıdır. Ancaq bir məsələni çox tərəfli düşünmələri, digərlərində qıcıq yarada bilir, çünki bəzən çox zaman aparır. Heç vaxt tələsik addımlar atmırlar. Əgər qərar veriblərsə deməli bu qətidir və dəyişilməzdir. Tərəzilər hədsiz məsuliyyətli və öz işlərində ciddidilər, onlarda yayınma vəya yalan görə bilməzsiniz. Nə görürsnüzsə odur. Onlar həmişə etdiklərini etməli olduqları kimi edirlər ki, sonra nəyisə dəyişməsinlər. Məsələlərə və problemlərə o qədər diqqətlə yanaşırlar ki, mahiyyətinin lap dərinliyinə varırlar. Kitab oxumağı çox sevirlər. Musiqini, rəsmi umumilikdə sənət onların həmişə maraq dairəsindədi. Hər şeyin gözəli onların zövqünü oxşayır.

Tərəzilər hər zaman tarazlıqlarını qoruyurlar, onlar üçün hər şeyin gözəli tarazlıqdan başlayır.